Üçgün — Vikipediya

Üçgün
41°19′47″ şm. e. 48°22′57″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 896 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Üçgün xəritədə
Üçgün
Üçgün
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ÜçgünAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

Üçgün Qubanın ən qədim, tarixi kəndlərindən sayılır. Üçgün kəndi Quba şəhərindən 16 km qərb tərəfdə Qudyalçayın sağ sahilində yerləşir. Kənd Bakı, Şamaxı, Dərbənd hüdudlarından, təqribən eyni məsafədə yerləşir. Əhalisi təxminən 1000 nəfərdən coxdur. Eyni adlı Üçgün-Qışlaq kəndi Xaçmaz rayonu ərazisində yerləşir və əhalisi 1000 nəfərdən çoxdur. Kənddə olan qəbiristanlıqlar və məscidlər kəndin qədimliyindən xəbər verir. Qədimdə bu kəndin əhalisi aran yerlərində Dərbənddən Qubaya qədər olan ərazilərdə isti və münbit torpaqlarda yaşamışlar. Rus-İran, Rus-Türk müharibələri zamanı bu vaxt şimaldan cənuba, cənubdan şimala quru qoşunları hərəkət edirdi. Ərazidə yaşayan adamlar onların ailələri mal-qaraları qırılırdılar. Sadə xalq üz tuturdu dağlara-piyada qoşunları yeriyə bilməyən yerlərə və orada məskən salırdılar. XIX əsrin axırlarına kimi Quba şəhərinin əksər kəndləri o cümlədən Üçgün kəndi dağlıq ərazilərdə yerləşirdi. XX əsrin əvvəllərində insanlar qışlaq (palasa) adlandırdıqları yerlərə köçməyə başladılar. Hazırda Quba şəhərinin bir çox kəndlərinin əhalisi həm dağda həm də aranda yaşayırlar. O vaxtlar hazırda Üçgün əhalisinin yerləşdiyi yer uçquna məruz qalmış yerlər olub. Uçqun ləzgi dilində şqun sözləri tədricən dəyişikliyə məruz qalaraq Üçgün şəklini alır. Çay torpağı yuyub aşağı düşdükcə islanmış torpaq sahələri çaya doğru sürüşürdü. Burada mal-qara saxlamaq üçün şərait, əkin üçün yararlı sahələr olduğu üçün bir neçə nəsil burada məskən salmışlar. Burada yaşayan insanların soykökü ləzgiləridir vэ Deyilənə görə Dağıstanda da Üçgün adında kənd var. Bu kənddə 11 nəsil var onlar 100–300 il əvvəl yaşamış və babalarının adları ilə tanınır. Məsələn Bayramlar-Bayram, Bəkərlər-Bəkər, Xıdırlar-Xıdır, Qazıxanlar-Qazıxan nəslindəndir. Bundan başqa Cəbəllər, Talışlar, Rəfilər, Qovqovlar, Həzəmlər, Muradlar, və .s nəsillər də burada məskunlaşıb. Yerli əhalinin etnogenezi tarixi mənbələrə əsasən, Xəzər türkləri, qıpçaqlar (kumıklar), ərəb işğalından sonra məcburi daxili miqrasiya nəticəsində legi tayfalarının tədricən güclənən üstün təsiri ilə bağlıdır. Qeyd edək ki, kənddə dörd yerli tayfadan biri Xəzər xaqanının islamı qəbul etmiş sonuncu varisi Sufi Bəkərin şəcərəsindən hesab edilir və bu tayfaya mənsub olanlar Sofi Bəkərlər adlandırılır. Üçgün kəndinin əhalısı ləzgi dilide danışırlar.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Üçgün oyk., sadə. Quba r-nunun Küpçal i.e.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini Küpçal kəndindən çıxmış ailələr qayanın ətəyində salmışlar. Kənd eyniadlı dağın adım daşıyır.[2]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 913 nəfər əhali yaşayır.[3]

Din[redaktə | mənbəni redaktə et]

Kənddə Üçgün kənd məscidi dini icması fəaliyyət göstərir[4].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)