Ömrün səhifələri (film, 1972) — Vikipediya

Ömrün səhifələri
Fayl:Ömrün səhifələri (film, 1972).jpg
Janr tarixi
bioqrafik
Rejissor Rauf Nağıyev
Ssenari müəllifi İsi Məlikzadə
Operator Vladimir Zbudski
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1972
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1972
Texniki məlumatlar 1 hissə
280 metr
35 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

Tarixi-bioqrafik film böyük alim, tanınmış kimyaçı, akademik Yusif Məmmədəliyevə həsr edilmişdir.

Akademik Yusif Məmmədəliyevin bütün həyatı xalqa xidmətlə bağlı olmuşdur. Onun elmi kəşfləri Azərbaycan kimyasına şöhrət gətirmişdir. Akademikin İkinci dünya müharibəsi illərindəki kəşfləri faşizm üzərində qələbə qazanılmasında böyük rol oynamışdır. Filmdə alimin sağlığında çəkilmiş kinoxronika və fotomateriallardan istifadə olunmuşdur.

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

1)1973-cü ildə Alma-Atada VI Ümumittifaq kinofestivalı
  • Filmə həvəsləndirici Diplom verilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Rauf Nağıyev
Ssenari müəllifi: İsi Məlikzadə
Operator: Vladimir Zbudski
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]