Çimnaz Babayeva — Vikipediya

Çimnaz Babayeva
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti balerina, pedaqoq
Fəaliyyət illəri 1964-cü ildən
Təhsili Bakı Xoreoqrafiya Məktəbi (1964)
Teatr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1978 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1970 Azərbaycan SSR Dövlət mükafatı — 1974

Çimnaz Məmməd qızı Babayeva (23 dekabr 1946, Bakı23 dekabr 2019, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).

Həyatı[redaktə | mənbəni redaktə et]

Çimnaz Babayeva 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuşdur. 1954–1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində (Qəmər Almaszadənin sinfində) təhsil almış, məktəbi bitirdiyi ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Sonralar teatrda məşqçi-pedaqoq işləmiş, xəstəliyi ilə bağlı son illərdə səhnədən uzaqlaşmışdır.[1]

Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat etmişdir.[2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Böyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxmışdır.[1] Həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) operasının rəqs nömrələrini qurmuşdur.[3] Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və b.) çıxış etmişdir.[4]

Çimnaz Babayevanın ifa etdiyi əsas partiyalar:[5][6]

Partiya Əsər Müəllif
Şirin Məhəbbət əfsanəsi Arif Məlikov
Ayişə Yeddi gözəl Qara Qarayev
Sari İldırımlı yollarla Qara Qarayev
Qız Şur Fikrət Əmirov
Nəsiminin sevgilisi Nəsimi dastanı Fikrət Əmirov
Gülyanaq Qız qalası Əfrasiyab Bədəlbəyli
Jizel Jizel Adolf Adan
Xanım Xanım və xuliqan Dmitri Şostakoviç
Kitri Don Kixot Lüdviq Minkus

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Rəhimli, 2016. səh. 278–279
  2. "Xalq artisti Çimnaz Babayeva vəfat edib". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 24 dekabr 2019. 3 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2020.
  3. Rəhimli, 2005. səh. 314
  4. АСЕ, 1987, сәһ. 589
  5. AME, 2010. səh. 587
  6. БЭ, 1981, стр. 38
  7. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 11 iyun 2002. 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2020.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]