Çekpoynt Çarli — Vikipediya

"C" NKM, Çekpoynt Çarli, 1988-ci il.
1961-ci ilin oktyabrında Fridrixştrassedəki "C" NKM qarşısında amerikan zirehli texnikası.
Fridrixştrassedə "C" NKM, 2003-cü il.

Çekpoynt Çarli (ing. Checkpoint Charlie, "Çarli" NKM, "C" YKM) — Şəhər Berlin divarı ilə iki hissəyə bölündükdən sonra Berlinin Fridrixştrasse küçəsində yaradılmış sərhəd nəzarət-keçid məntəqəsi. NATO öz NKM-ləri üçün ABŞ Silahlı Qüvvələrində tağımların işarələnməsi üçün istifadə olunan latın əlifbasının hərflərindən istifadə edirdi.

Sonuncu keçid müttəfiq ölkələrin əsgərlərinin keçidi üçün nəzərdə tutulduğundan 1961-ci ilin oktyabrında Fridrixştrassedəki NKM-də "tank qarşıdruması" məkanı oldu. SSRİ ilə ABŞ arasında ziddiyyətləri simvoluna çevrilmiş Çekpoynt Çarli Berlinin ən məşhur nəzarət-keçid məntəqəsi oldu.[1]

NKM ətrafında ADR-dən Şərqi Berlinə qaçış cəhdləri ilə əlaqədar faciəli hadisələrə baş verib. 17 avqust 1962-ci ildə Qərb müşahidəçilərinin gözü önüdə qan itgisindən Peter Fexter ölürdü. Polis Burkxard Nirinq 1974-cü ildə pasport nəzarəti xidmətinin əməkdaşını girov götürmüşdür və qaçış cəhdi zamanı qətlə yetirilmişdir. 29 avqust 1986-cı ildə üç ADR vətəndaşı sərhəd maneələrindən yük maşını ilə keçmişdilər. Çekpoynt Çarlidən qaçan son şəxs Hans-Peter Şpinser olmuşdur. O, 18 avqust 1989-cu il tarixində qızı ilə bir yerə müttəfiq avtomobilinin yük yerində sərhədi keçmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Fridrixştrassedə (Friedrichstraße) keçmiş NKM — "Çekpoynt Çarli" (Checkpoint Charlie)". 2007-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.