Çeşməli (Şəki) — Vikipediya

Çeşməli
41°07′56″ şm. e. 47°09′06″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Çeşməli xəritədə
Çeşməli
Çeşməli

ÇeşməliAzərbaycan Respublikasının Şəki rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki şəhər inzibat-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çeşməli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Çeşməli kəndi düzənlik sahədə yerləşir. Kəndin şərq hissəsindən Qurucana çayı axır. Bu çay kənddən 5 km cənub-şərqdə Küngüt çayına qovuşur. Kənd ərazisi eyni zamannda Şəki qırqovul yasaqlığına daxildir. Kəndin landşaftı meşə-çöldür. Kəndin cənub ərazisindən axan Qarasu çayı ərazisində allivüal çöküntülərdə yemişan, palıd meşəlikləri yayılmışdır. Kəndin ərazisi başdan-başa əkin sahələri və bağlardan ibarətdir. Kənddə taxıl əkini geniş yayılmışdər. İqlimi yayı isti və quraq, qışı mülayim keçir. Orta illik yağıntı 500–600 mm-dir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kəndin əhalisi 728 nəfər təşkil edir ki, onun da 370 nəfəri kişi, 358 nəfəri isə qadındır. Əhali əsasən sovet dönəmində savxoz olaraq fəaliyyət göstərən bölgəyə köçürülmə ilə fəhlələrdən ibarət idi. Sonradan kəndə kənar kəndlərdən köçüb gəlindi. Bu köçən əhalinin tərkibində mesxeti türkləri, Qarabağ məcburi köçkünləri, ləzgilərin adını çəkə bilərik. Kənd bələdiyyəsi 1999-cu ildə təşkil olunmuşdur.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə həm də bağçılıq inkişaf edib. Elə bağçılığı əhalinin əsas məşğuliyyəti saymaq olar. Əhalinin becərdiyi ağac tingləri rayon ərazisində məşhurdur. Eyni zamanda bu tingləri (calaqları) başqa rayonlara da çıxarılır. Otlaq sahələrinin azalması əhalidə maldarlığa olan marağı azaldıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.