Çarlz Daues — Vikipediya

Çarlz Daues
Charles Gates Dawes
4 mart 1925 – 4 mart 1929
PrezidentKalvin Kulic
ƏvvəlkiKalvin Kulic
SonrakıÇarlz Körtis
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ohayo,ABŞ ABŞ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri İllinoys,ABŞ ABŞ
Vəfat səbəbi koronar tromboz[d]
Partiya
Təhsili Marietta Kolleci
Fəaliyyəti siyasətçi, diplomat, pianoçu, yazıçı, iqtisadçı, bankir, mahnı müəllifi[d], bəstəkar, vəkil, jurnalist
Həyat yoldaşı Caro Blymyer Dawes
Uşaqları Rufus Fearing Dawes
Carolyn Dawes
Dana McCutcheon
Virginia Dawes
Hərbi xidmət
Qoşun növü Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d]
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[1]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz Daues (27 avqust 1865[2][3][…]23 aprel 1951[4][2][…]) — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 30-cu vitse-prezidenti.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nobel sülh mükafatı laureatı (1925, C. O. Çemberlenlə birlikdə). Varlı ailədən çıxmışdır. 1886-cı ildə Sinsinnati Universitetinin hüquq məktəbini bitirdikdən sonra özünün vəkil kontorunu açmışdır. Dəmiryol şirkətlərinin zorakılığına məruz qalan fermerlərin müdafiəçisi kimi tanınmışdır. 1896–97 illərdə prezident seçkilərində Respublikaçılar partiyasından namizəd U. Mak-Kinlinin İllinoys ştatında seçki kam paniyasına rəhbərlik etmişdir. Onun seçilməsindən sonra Daues pul dövriyyəsi üzrə müfəttiş olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1901-ci ildə Senata seçkilərdə məğlub olmuş, sonradan ABŞ-nin Orta Qərbində ən iri banka çevrilmiş "Central Trust Company of Illinois"un əsasını qoymuşdur. Birinci dünya müharibəsi illərində könüllü orduya getmiş, ərzaqla təchizat və bölüşdürmə işinə baxmışdır. Müharibənin sonuna yaxın briqada generalı rütbəsini almış, Qərbi Avropadakı ABŞ ekspedisiya qüvvələrinin qərargah üzvü olmuş, müttəfiq qoşunlarının təchizatı məsələlərinə rəhbərlik etmişdir. 1919-cu ildə hərbi xidmətini dayandırmış, ABŞ-nin maliyyə naziri olmaq təklifini rədd etmiş, büdcə bürosunun direktoru təyin olunmuşdur. 1923–24-cü illərdə ABŞ hökumətinin tövsiyəsi ilə Almaniya üçün təzminat planını işləyib hazırlamış beynəlxalq ekspertlər komitəsinə rəhbərlik etmişdir. 1925–29-cu illərdə Respublikaçılar partiyasından ABŞ-nin vitse-prezidenti, 1929–32-ci il lərdə ABŞ-nin Böyük Britaniyada səfiri idi. 1932-ci ildən "Böyük depressiya"nın nəticələrini aradan qaldırmaq məqsədi daşıyan Maliyyə bərpa korporasiyasına və Çikaqoda Mərkəzi respublika bankının idarə heyətinə rəhbərlik etmişdir. Çikaqo opera teatrının yaradılmasında böyük rolu olmuşdur.[5]

Çarlz Daues ABŞ-nin 30-cu prezidenti Kalvin Kulicin vitse-prezidenti olmuşdur. 1925-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]