Çanaqçı (Xocalı) — Vikipediya

Çanaqçı
39°42′09″ şm. e. 46°49′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.119 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 920 nəf. (2005)
Xəritəni göstər/gizlə
Çanaqçı xəritədə
Çanaqçı
Çanaqçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ÇanaqçıAzərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd.[1] 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.

Çanaqçı çayının sahilində, dağətəyi ərazidədir. Kənd haqqında belə bir məlumat verilir ki, yaşayış məntəqəsini XIX əsrin ortalarında keçmiş Qaradağ kəndindən köçmüş dörd ailə salmışdır. Həmin ailələr əvvəllər ağacdan çanaq qablar düzəldib satmaqla məşğul olduqları üçün onlar çanaqçı adlanmışlar. Etnotoponimdir. Keçən əsrə aid ədəbiyyatlardan məlum olur ki, Daşkəsən rayonunun Zinzahal inzibati ərazi vahidində Canaqçı adlı kənd olmuşdur. Ermənistanın Ararat rayonundakı Sovetaşen kəndinin adı da 1948-ci ilə qədər Çanaqçı olmuşdur[2].

Azərbaycanlılar Çanaqçıdan erməni separatçıları tərəfindən 1989-cu ildə qovulublar.[3] 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və Avetaranots adlandırılıb. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]

2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Çanaqçı qəsəbəsinin əhalisinin faktiki sayı 920 nəfər, qondarma qeydiyyatdakı əhalinin sayı 1039 nəfər kimi göstərilib.[5]

Xocalı r-nunun eyniadlı i.ə.v.-də kənd. Çanaqçı çayının sahilində, dağətəyi ərazidədir. Kənd haqqında belə bir məlumat verilir ki, yaşayış məntəqəsini XIX əsrin ortalarında keçmiş Qaradağ kəndindən köçmüş dörd ailə salmışdır. Həmin ailələr əvvəllər ağacdan çanaq qablar düzəldib satmaqla məşğul olduqları üçün onlar çanaqçı adlanmışlar. Etnotoponimdir. Keçən əsrə aid ədəbiyyatlardan məlum olur ki, Daşkəsən r.nunun Zinzahal i.ə.v.-də Çanaxçı adlı kənd olmuşdur. Ermənistanın Ararat rnundakı Sovetaşen kəndinin adı da 1948-ci ilə qədər Çanaxçı olmuşdur.[6]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. "Azərbaycan və Türkiyə bayraqları altından keçən ermənilər". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-27.
  4. "Daha 23 kənd işğaldan azad edildi". report.az (az.). 9 noktyabr 2020. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  5. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 1
  6. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]