Çad bayrağı — Vikipediya

Çad bayrağı
Təfərrüatlar
Proporsiya 2:3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çad bayrağıÇadın rəsmi Dövlət bayrağı

Çad bayrağı, hal-hazırkı halı ilə ilk dəfə 1959-cu ildə Fransadan asılı olarkən istifadə edilməyə başlanmışdır. Çad 1960-cı ildə müstəqilliyini qazandıqdan sonra bayraq dəyişilmədən yeni ölkənin rəsmi bayrağı olaraq qəbul olunmuşdur.

Bayrağı əmələ gətirən Fransa bayrağı və Pan-Afrika rəngləri əsas götürülmüş və hər iki bayrağı xatırladacaq rənglər Çadın bayrağında istifadə edilmişdir. Bayraq şaquli olaraq bölünmüş üç bərabər zolaqdan (sıra ilə mavi, sarı və qırmızı) ibarətdir. Bayraqdakı mavi rəng aydın göyüzünü, ümidi və ölkənin cənub bölgələrini təmsil edərkən, sarı rəng günəşi və ölkənin şimal bölgələrində yerləşən səhra və çölləri təmsil edir. Bayraqdakı qırmızı rəng isə tərəqqiyi, birliyi və Çad xalqının vətəni üçün ölümə hazır olduğu ifadə etməkdədir.

Çad bayrağı, 1989-cu ildə çevriliş nəticəsində sosialist dövlət gerbini bayrağından çıxatdıqdan sonra yaranan Rumıniya bayrağı ilə demək olar ki, eynidir. Rənglərin sırası, tərəflərinin nisbəti bərabər olan hər iki ölkə bayrağını fərqləndirən tək və ilk baxışda görülməyəcək fərq isə mavi rəngin tonudur. Beləki, Çad bayrağındakı mavi ton, Rumıniya bayrağındakı mavi tona görə bir az daha tünddür. Rumıniya bayrağından başqa Moldovanın və Andorranın bayraqları da Çadınkı ilə eyni rənglərdədir, ancaq həmin ölkələrin bayraqlarında dövlət gerbləri də əks olunmuşdur.

Çadın dövlət bayrağı haqqında qanun 1959-cu ilin noyabr ayının 6-da qəbul edilib. Eynilə Rumıniya bayrağına bənzəyir. Bayrağın mavi rəngi səmanı, ümidi və suyu təmsil edir. Sarı rəng günəşin və ölkənin şimal hissəsindəki səhranın rəmzidir. Qırmızı rəng isə inkişafı, birliyi və ölkənin müstəqilliyi uğrunda tökülən qanı tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.