Çəpgən — Vikipediya

Çəpgənlat. pallium, kütləsi ağ maddədən təşkil olaraq xaricdən böyük beyin qabığı – lat. cortex cerebri ilə örtülüdür. Çəpgən xarici səthi şırımlar – lat. sulci cerebri vasitəsilə paylara – lat. lobi cerebri, paycıqlara – lat. lobuli cerebri və qırışıqlara – lat. gyri cerebri bölünür. Şırım və qırışıqların forması, ölçüsü və vəziyyəti çox tərəddüd edir; adətən kiçik şırımların və böyük şırım şaxələrinin vəziyyəti az sabit olur. Beyin şırımları, onların meydana çıxması vaxtına görə, üç dərəcəyə bölünür; birinci, ikinci və üçüncü dərəcəli şırımlar.

Hər yarımkürə şırımlar vasitəsilə beş paya bölünür:

  1. Alın payılat. lobus frontalis
  2. Təpə payılat. lobus parietalis
  3. Ənsə payılat. lobus occipitalis
  4. Gicgah payılat. temporalis
  5. Reyl adacığılat. insulla (Reilli)

Yarımkürə paylarını bir-birindən ayıran payarası şırımlar aşağıdakılardır.

  1. Bayır şırım – lat. sulcus lateralis (fissura cerebri lateralis Sylvii – BNA) ön dəliklənmiş maddə nahiyəsində lat. fossa lateralis cerebri (Sylvii) deyilən çuxurdan başlayaraq çəpkənin bayır səthi ilə yuxarı və arxaya doğru gedir, üç şaxəyə bölünür:

a) ön şaxə – lat. ramus anterior (ramus anterior horisontalis – BNA) üfüqi istiqamətdə önə doğru gedir;
b) qalxan şaxə – lat. ramus ascendens şaquli istiqamətdə düz yuxarı qalxır;
c) dal şaxə – lat. ramus posterior bayır şırımın dal hissəsini təşkil edir. Bu şırım çəpgənin şöbəsini iki hissəyə bölərək alın payını gicgah payından ayırır.

  1. Mərkəzi (Roland) şırım – lat. sulcus centralis (Rolandi) yuxarı-bayır səthin təxminən ortasında frontal istiqamətdə yerləşərək içəridən bayır tərəfə və bir qədər önə doğru gedir; bunun içəri ucu yarımkürənin bir az içəri səthinə keçir; bayır ucu isə bayır şırıma çatır. Mərkəzi (Roland) şırım vasitəsilə alın payı təpə payından ayrılır.
  2. Təpə-ənsə şırımı – lat. sulcus parietooccipitalis (fissura paretooccipitalis – BNA) yarımkürənin içəri səthinin dal nahiyəsində yerləşərək, içəri tərəfdən təpə payını ənsə payından ayırır. Bu şırımın ardı 1-2 sm məsafədə yuxarı-bayır səthə də keçir.
  3. Köndələn ənsə şırımı – lat. sulcus occipitalis transversum təpə-ənsə şırımı səviyyəsində köndələn istiqamətdə yarımkürənin yuxarı- bayır səthində yerləşərək təpə payını ənsə payıhdan ayırır.