Çöpədərə — Vikipediya

Çöpədərə
39°00′14″ şm. e. 46°38′42″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 510 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf.
Xəritəni göstər/gizlə
Çöpədərə xəritədə
Çöpədərə
Çöpədərə

ÇöpədərəAzərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Çöpədərə kəndi dağətəyi ərazidədir. Çəpədərə variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Çəpədərə kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. Tədqiqatçılara görə, toponim çəp (türk dillərində "xırda daşlı və qumlu, bitkisiz dağ yamacı") və dərə (mənfi relyef forması) sözlərindən düzəlib, "xırda daşlı, qumlu, bitkisiz dərə" deməkdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Zəngilanın daha 13 kəndi işğaldan azad edildi". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  3. Çöpədərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.