Şondonq mağarası — Vikipediya

Şondonq mağarası
vyet. hang Sơn Đoòng
Şondonq mağarası
Şondonq mağarası
Ümumi məlumatlar
Dərinliyi 200 m
Amplitudası 150 m
Uzunluğu 9000 m
Kəşf tarixi 2009
Tipi karst
Ətraf süxurları əhəng daşı
Giriş sayı 1
İşıqlandırma Günəş şüaları
Yerləşməsi
17°26′58″ şm. e. 106°17′33″ ş. u.
Ölkə  Vyetnam
Vilayət
  • Kuanqbin
Şondonq mağarası xəritədə
Şondonq mağarası
Şondonq mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şondonq mağarası (vyet. hang Sơn Đoòng) — Vyetnamda yerləşən və dünyanın ən böyük mağarası.

Kəşf olunması[redaktə | mənbəni redaktə et]

Mağara Vyetnamın mərkəzində, Hanoy şəhərindən 500 km cənubda, Donqxoya əyalətinin 40 km-də yerləşir. Mağara Foqniya-Kebanq milli parkının ərazisində yerləşir. Yerli əhaliyə 1991-ci ildən məlum olmasına baxmayaraq mağaranın rəsmi kəşf tarixi 2009-cu ildir. 2009-cu ilin yazında bir qrup ingilis speleoloqları mağaranın ancaq 4 km-lik hissəsini öyrənə bilmişlər[1].

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 240 metr, eninin isə 90 metrə çatdığı müəyyən olunub. Buraya 40 mərtəbəli bina asanlıqla yerləşə bilər. Mağaranın ümumi ölçüsü təxminən 38,5 mln. m³-dir[2].

Girişi çox böyük olmadığından (hündürlüyü 10 m, eni 30 m) burda güclü hava axını müşahidə olunur. Mağarada axan çayında güclü səsi girişdə eşidildiyindən yerli əhalinin mağaraya qorxudan daxil ola bilməməsinə səbəb olmuşdur.[3] İlin yağıntılı dövründə isə mağara büsbütün su ilə dolur.

Mağara yetərincə qədimdir. Bunu mağarada formalaşan 70 metrlik stalaqmitlər sübut edir. Belə stalaqmitlərin çox olduğu ərazı "Stalaqmit bağı" adlanır. Mağarada yetərincə bitki örtüyü formalaşıb. Bu səbəbdən də mağaraya həşarat və ilanlardan əlavə quşlar və meymunlarda enir.

Turist marşurutları[redaktə | mənbəni redaktə et]

2013-cü ildən başlayaraq adam başına 3000 $ olmaqla bir qrup turist tərəfindən tədqiq olunmuşdur.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "nat-geo.ru". 2014-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-05.
  2. "vietnamcaves.com". 2015-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-05.
  3. "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-07.
  4. "Arxivlənmiş surət". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]