İntiqam Mehdizadə — Vikipediya

İntiqam Mehdizadə
İntiqam Alı oğlu[1] Mehdizadə
Doğum tarixi 14 fevral 1945(1945-02-14)
Doğum yeri
Vəfat tarixi 8 iyun 2022(2022-06-08)[2] (77 yaşında)
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti jurnalist
Mükafatları "Qızıl qələm" mükafatı

İntiqam Mehdizadə (14 fevral 1945, İsmayıllı8 iyun 2022[2]) — yazıçı-publisist, jurnalist, ssenarist.

Həyatı[redaktə | mənbəni redaktə et]

İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib.

5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır.Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatıdır.

Hal-hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyir.

Evlidir, iki övladı, dörd nəvəsi var.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Lahıc (film, 2004)

İstinadlar[redaktə | mənbəni redaktə et]