İlyas Abdullayev — Vikipediya

İlyas Abdullayev
23 yanvar 1958 – 26 noyabr 1959
ƏvvəlkiMirzə İbrahimov
SonrakıSəftər Cəfərov
9 mart 1954 – 23 yanvar 1958
SədrSadıq Rəhimov
ƏvvəlkiMöhbalı Əmiraslanov
SonrakıMahmud Məmmədov
25 oktyabr 1948 – 27 may 1950
SədrTeymur Quliyev
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı naziri
bayraq2
6 yanvar 1954 – 9 mart 1954
Əvvəlkiözü (kənd təsərrüfatı və tədarük naziri kimi)
SonrakıHəsən Seyidov
27 may 1950 – 26 mart 1953
ƏvvəlkiƏhməd Xəlilov
Sonrakıözü (kənd təsərrüfatı və tədarük naziri kimi)
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı və tədarük naziri
bayraq2
26 mart 1953 – 6 yanvar 1954
Əvvəlkiözü (kənd təsərrüfatı naziri kimi)
Sonrakıözü (kənd təsərrüfatı naziri kimi)
Şəxsi məlumatlar
Doğum tarixi 10 (23) mart 1913
Doğum yeri
Vəfat tarixi 30 aprel 1985(1985-04-30) (72 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti akademik[d], siyasətçi, aqronom
Elmi fəaliyyəti
Elm sahəsi Aqronomiya[1], kənd təsərrüfatı[1]
Elmi dərəcəsi
  • kənd təsərrüfatı elmləri namizədi[d] (1939)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

İlyas Kərim oğlu Abdullayev (10 (23) mart 1913, Ağstafa, Qazax qəzası30 aprel 1985, Bakı) — dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki. Azərbaycanda tutçuluq elminin əsasını qoyan görkəmli akademik, bioloq, ictimai xadim, eyni zamanda Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri, Azərbaycan SSR EA-nın biologiya elmləri bölməsinin akademik katibinin müavini, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950–1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954–1958), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958–1959), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1958–1962). "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir. "Azərbaycan SSR-in Atlası"nın hazırlanması və nəşri üzrə Azərbaycan SSR EA-sı komissiyasının sədri, Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü, Azərbaycan genetiklər və seleksiyaçılar cəmiyyətinin prezidenti, Azərb. SSR EA "Xəbərləri" (biologiya elmləri seriyası) jurnalının redaktor müavini olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

İlyas Abdullayev 23 mart 1913-cü ildə Qazax qəzasının, Qıraq Kəsəmən kəndində dünyaya gəlmişdir. 1921–1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində oxuyub. 1926–1930-cu illərdə isə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirib[2]. 1934-cü ildə Azərbaycan Kənd Təssərüfatı İnstitutunu bitirmiş və eyni zamanda 1932–1934-cü illərdə "İpəkçilik" kafedrasında laborant işləmişdir. 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1934–1938-ci illərdə AKTİ-nin aspirantı olmuş və eyni zamanda ipəkçilik şöbəsində tutçuluq kursundan mühazirələr oxumuşdur. İ. K Abdullayevin böyük istedadını nəzərə alaraq 1934-cü ilin avqust ayında Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi onu eyni zamanda Azərbaycan elmi-tədqiqat ipəkçilik stansiyasına işə göndərmişdir. Beləliklə də o, 1934–1935-ci illərdə tutçuluq şöbəsində elmi işçi, 1936–1940-cı illərdə isə müdir vəzifəsində işləmişdir. O, qısa zamanda özünü bacarıqlı təşkilatçı kimi göstərmiş və 1941–1942-ci illərdə eyni zamanda Azərbaycan elmi-tədqiqat İpəkçilik Stansiyasının direktoru vəzifəsində çalışmışdır[2].

1955-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1959-cu ildən Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri (1942–1948), Azərbaycan SSR Nazirlər Soveti Sədrinin müavini (1948–1950), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950–1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954–1958), habelə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958–1959) vəzifələrində çalışmışdır.

SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırışlarının deputatı, Ümumittifaq kommunist (bolşeviklər) partiyası, SovİKP, və Azərbaycan Kommunist Partiyası və Kommunist Partiyasının bir sıra qurultaylarının deputatı, Azərbaycan KP (b) və KP-nın Mərkəzi Komitəsi habelə Azərbaycan KP-nın Bürosunun üzvü, SovİKP Mərkəzi Komitəsi Plenumlarının iştirakçısı olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

"Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir.

SSRİ EA-nın akademiki Nikolay Dubinin onun fəaliyyətini belə qiymətləndirmişdir: "Akademik İ. K. Abdullayevin işləri, genetika, sitologiya, və seleksiya ittifaqının ən gözəl nümunələrindən biridir. Onun əməyi, genetika və eksperimental poliploidiya metodları ilə bir çox seleksionerlərə bitkilərin təbiətini dəyişdirilməsi işlərində yol göstərir".

İlyas Abdullayev 30 aprel 1985-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan SSR üçün tutçuluq üzrə aqroqaydalar. Bakı: Azərnəşr, 1959, 128 s.
  2. Azərbaycan yem tutlarının sort tərkibi (rus dilində). Bakı: Azərbaycan SSR EA-nın nəşri, 1964, 156 s.
  3. Çiyələyin biologiya və seleksiyası məsələləri (rus dilində). Bakı: Elm, 1970, 116 s. (həmmüəllif Musayev A. İ).
  4. Azərbaycanda üzümün genetika və seleksiyası məsələləri (rus dilində). Bakı: Elm, 1981, 76 s.
  5. Poliploid tutunun anatomik xüsusiyyətləri (rus dilində). Bakı: Elm, 1984, 52 s. (həmmüəllif Şiriyeva L. A.)

Seçilmiş mənbələr[redaktə | mənbəni redaktə et]

  • İlyas Kərim oğlu Abdullayev: biobiblioqrafiya məlumat toplusu / müəllif-tərtibatçılar Fəhəm Paşa oğlu Kəsəmənli, V. B. Stupak. – Sankt-Peterburq, 2008. – 47 s. (rus dilində)
  • İlyas Kərim oğlu Abdullayev // Təbiətşünaslıq və texnika xadimlərinin bioqrafik lüğəti. – M.: Böyük Sovet Ensiklopediyası, 1958. c. 1. – S. 4–5. (rus dilində)
  • İlyas Kərim oğlu Abdullayev // Kiçik Sovet Ensiklopediyası. – M.: Böyük Sovet Ensiklopediyası, c. 1. – S. 14–15. (rus dilində)
  • İrsiyyəti dəyişərək // Pravda, 1971, 13 oktyabr. (rus dilində)
  • Abdullayev İlyas Kərim oğlu // Azərbaycan Sovet Ensiklopediyası, Bakı, 1976, c. 1. – S. 17.
  • İ. K. Abdullayev (nekroloq) // "Kommunist" Qəzeti, Bakı, 1985, № 102, 2 may. – S.4.
  • İlyas Kərim oğlu Abdullayev // 3-cildlik üzümçülük ensiklopediyası. Kişinyov: Moldaviya Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1986, c. 1. – S. 9 (rus dilində)

Şəkillər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.157

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 2,0 2,1 "Görkəmli elm və dövlət xadimi". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.