İggi Pop — Vikipediya

İggi Pop
ing. James Newell Osterberg Jr.
Ümumi məlumatlar
Ləqəbi Iggy Pop
Doğum tarixi 21 aprel 1947(1947-04-21)[1][2][…] (76 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, musiqiçi, aktyor, gitaraçı, mahnı müəllifi[d], səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1965-ci ildən
Janrlar rok, hard-rok[4], qaraj roku[d], pank rok, qlam rok, Postpank, alternativ rok
Musiqi alətləri gitara, zərb alətləri, akustik gitara[d], klavişli alət[d]
Səs tembri bariton
Albom şirkətləri Arista Records[d], Fat Possum Records[d], Virgin Records, Elektra Records
Təhsili
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
İmzanın şəkli
iggypop.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nyuel Ceyms Österberq (oğul) (ing. James Newell Osterberg jr.) daha çox İggi Pop(İggy Pop; 21 aprel 1947[1][2][…], Maskiqon[d], Miçiqan[3]) — amerikalı rok musiqiçi, alternativ rokun "qurusu" və pank rokun babası kimi tanınır. 2009-cu ildə Britaniyanın Classic Rock dərgisi ona "Canlı Əfsanə" adı verib.

1960-cı illərin sonunda 1970-ci illərin əvvələrində İggi The Stooges qrupunun vokalisti olub, hansı ki hard-rokunpankın yarnamağında və gələcəkdə inkişafında böyük rol oynayıb. Stooges qrupu öz epatajlı çıxışlarına görə tez bir zamanda məşhur oldu. İggi canlı çıxışlarında (həmişə yarı çılpaq olurdu səhnədə) özünə xətər yetirirdi, publikanı söyürdü və "Stage Divinq", yəni səhnədən kütlənin içinə hoppanmağı yaratmışdı. 7 dəfə alınmayan nominəyə rəğmən 15 mart 2010-cu ildə The Stooges qrupu Rock and roll hall of fame-ə əlavə edildilər.

Uşaqlıq illəri[redaktə | mənbəni redaktə et]

Pop məktəbin buraxılış ilində, 1965 il

İggi Miçiqanın Maskiqon şəhərində dünyaya gəlib. Valideynləri Luela və Ceyms Nyuel Österberq (ata), hansı ki ingilis dili müəllimi və beysbol məşqçisi işləyirdi. Popun uşaqlığı treyler parkda keçib. Gələcəkdə İggi yadına salırdı "Biz treylerdə yaşayırdıq. 96 nömrəli dayanacaqda. Ümumi 113 nömrə var idi. Bütün bu düşərgədə ikicə nəfərdə ali təhsil var idi, oda mənim valideyinlərim idi". 1982-ci ildə musiqiçi tərəfindən nəşr edilmiş avtobioqrafiyasına istinad götürsək, İggi uşaqlıqdan mexaniki üzqırxanın səsindən, və yaxınlıqda olan zavodların stanokların verdiyi elektron səslərdən həzz alırdı. İggi Pop intervyularının birində danışırdı:

"Biz atamla Miçiqanın iki xəttli şossesi ilə hərəkət edəndə, ilk dəfə ağlıma musiqiçi olmaq gəldi. Mən 49-un kadillakının arxasında oturmuşdum — atamın maşınlara həmişə babat zövqü olub. Radiodan Frenk Sinatra oxuyurdu: "Arzuların çin olur, bu olacaq, əgər ürəyini həmişə soyuq saxlasan" (ing. «Fairy tales can come true, it can happen to you if you’re young at heart»). Atam da onunla bir oxuyudu. O gündən məndən soruşsaydınız kim olmaq istəyirəm, deyirdim musiqiçi. Zaman keçdikcə başa düşməyə başladım ki bu qeyri mümkündür, ona görə də siyasətçi olcağıma qərar verdim".

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Iggy Pop // filmportal.de. 2005.
  2. 1 2 Iggy Pop // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Carnegie Hall linked open data (ing.). 2017.
  4. Montreux Jazz Festival Database.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]