Çarlz Savarin — Vikipediya

Çarlz Ancelo Savarin
ing. Charles Angelo Savarin
Dominika Birliyinin Prezidenti
2 oktyabr 2013 – h.h
ƏvvəlkiEliud Uilyams
Şəxsi məlumatlar
Doğum tarixi (72 yaş)
Doğum yeri Portsmut, Britaniya Küləkaltı adaları (indiki Dominika)
Fəaliyyəti diplomat, siyasətçi
Həyat yoldaşı Klara Jozefina Savarin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz Ancelo Savarin (ing. Charles Angelo Savarin; 2 oktyabr 1943, Portsmut[d], Sent-Con səmti[d]) — 2013-cü ildən etibarən Dominikanın Prezidenti olan dominikalı siyasətçi.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Patrik Con hökumətinin süqutundan sonra Savarin Milli Qurtuluş Komitəsinin sədri seçildi. Dominikan Cəmiyyətinin böyük bir hissəsinin üzvlərindən ibarət olan bu orqan, müvəqqəti hökumətə keçidi nəzarət etməklə vəzifələndirildi.

Savarin 1980-ci il ümumi seçkilərində Dominika Azadlıq Partiyasından Mayk Duqlasa uduzdu. Savarin Duqlasın 531 səsinə 405 səs aldı.

1983-cü ildə Baş nazir tərəfindən ticarət, sənaye və turizmdən məsuliyyət daşıyan Pprtfelsiz nazir olaraq təyin edildi.

1986-cı ildə Avropa Birliyində səfir/daimi nümayəndə təyin edildi. Eyni zamanda Afrika/Karib dənizi/Sakit Okean ölkələrinin banan ticarətində səfir sözçüsü olaraq da çalışdı. 1993-cü ildə Dominikaya qayıtdıqdan sonra Milli İnkişaf Korporasiyasının baş direktoru oldu.

Euqeniya Çarlz siyasətdən uzaqlaşmaq qərarına gəldikdə, Savarin Breyn Alleyneyə uduzaraq Dominika Azadlıq Partiyasının liderliyində getdi. Lakin o, Euqeniyayı Rozo Mərkəzi Seçki Dairəsində partiyanın nümayəndəsi olaraq əvəz etdi. Savarin Norris Prevonun 759 səsinə qarşı 1.013 səs toplayaraq növbəti seçkiləri qazandı. Brayb Alleyne 1996-cı ildə DFP lideri və müxalifət lideri olaraq istefa verdikdə, Savarin yenidən liderlik üçün mübarizə aparacağını açıqladı. 20 aprel 1996-cı ildə Savarin partiya şurasında 107 səsdən 86-ı aldı. 2007-ci ilə qədər DFP lideri olaraq çalışdı, liderliyinə qarşı artan tənqidlər onu istefa verməyə məcbur etdi.

Rozodan millət vəkili olan Savarin Rozodakı uşaqlar üçün "bərabər təhsil imkanları"nı müdafiə etdi. O, 2000-ci il ümumi seçkilərində bu dəfə xeyli az fərqlə yenidən Rozodan millət vəkili seçildi. Savarin Ruzi Duqladın rəhbərlik etdiyi Dominika İşçi Partiyası ilə koalisiya razılaşmasına girdi. Burada Turizm Naziri təyin edildi. Səkkiz ay sonra Duqlasın vəfatından sonra Pyer Şarl Baş nazir seçildi. Müəssisənin inkişafı və ictimai xidmətləri Savarin portfelinə əlavə etdi.

Savarin Pyer Şarl hökumətinin müdafiəçilərindən biri idi, tez-tez xaricdə olan Şarl işləri ona tapşırırdı. Eyni zamanda Nazirlər Kabinetinin İqtisadiyyat alt komitəsinin sədri idi. Bu onu Beynəlxalq Valyuta Fondu və digər təşkilatlarla müzakirə və danışıqlarda ön plana çıxardı. Savarin iqtisadiyyatın üzləşdiyi ciddi çətinliklər haqqında ictimaiyyəti məlumatlandırmaq üçün hökumətin bələdiyyə toplantılarında çıxış etdi. 2003-cü ildə Baş nazir vəzifəsini icra edən Savarin xarici şirkət tərəfindən "Castle Bruce Dominica" adlı bir milyard dollarlıq neft emalı zavodu qurma planlarını açıqladı. Lakin hökumətin şirkətlə əlaqə saxlamaq cəhdləri uğursuz oldu və plan davam etmədi.

6 yanvar 2004-cü ildə Pyer Çarlzın ölümündən sonra Savarin Ruzvelt Skerritin Baş nazir təyin edilməsindən sonra Turizm Naziri olaraq qaldı. Azadlıq Partiyası yer itirməyə davam etdi və 2005-ci ilin may ayında keçirilən ümumi seçkilərdə yer qazana bilmədi. Savarin koalisiyaya sadiqliyinə görə mükafatlandırıldı və Xarici İşlər, Ticarət və Əmək Naziri seçildi. 2008-ci ildə Nazirlər Kabineti dəyişikliyində Savarin Kommunal Xidmətlər, Limanlar və Əhaliyə Xidmət Naziri oldu.

Savarin İşçi Partiyasına qatıldı və 2009-cu il ümumi seçkilər ictimai kampaniyasında böyük rol oynadı. Vəkil Entoni Astafan və DLP-ın mütəxəssisi Eddi Lambert ilə birlikdə məşhur gecə vaxtı şousuna ev sahibliyi etdi. Natiqlik bacarığı ilə tanınan Savarin, eyni zamanda DLP siyasi platformasında əsas fiqur idi.

Həmkarlar İttifaqı işçisi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Təxminən iyirmi il ərzində Dövlət Xidmətləri Birliyinin baş katibi olaraq çalışdı və demək olar ki, ictimai xidmət işçilərini Dominikanın ən güclü həmkarlar ittifaqına çevirdi. 2003-cü ildə maaşların 5% azaldılması ilə əlaqədar dövlət qulluğuna etiraz aksiyası zamanı Savarin hökumətin addımını müdafiə etdi. Bu, PSU rəhbərliyini gərginləşdirdi, baş katib Tomas Letanq Savarinin birlikdəki üzvlüyünü ləğv etməklə təhdid etdi.

Savarin CSA-ın liderliyində təşkil edilən 2 tətil missiyası ilə xalq arasında şöhrət qazandı. Savarin vəzifəcə yüksəldi və adanın ən güclü həmkarlar ittifaqı lideri oldu. CSA-ın məqsədi işçi sinfi deyil, orta sinif yaratmaq idi. Fəaliyyəti Dominikadakı sosial-iqtisadi vəziyyəti yaxşılaşdırsa da, CSA rəhbərliyinin əksəriyyəti Azadlıq Partiyasına üstünlük verirdi. CSA və digər yerli həmkarlar ittifaqları Latın Amerikasında solçuluq əleyhinə siyasət yürütən iş və neo-müstəmləkəçi idarə üsulunu seçdi.

Nişanları[redaktə | mənbəni redaktə et]

Xarici nişanları[redaktə | mənbəni redaktə et]

  • Müqəddəs Georq Konstantin Ordeni (5 noyabr 2014)[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]