"Sualtı Hücum" Dəniz Xüsusi Təyinatlıları — Vikipediya

SAH
"Sualtı Hücum" Dəniz Xüsusi Təyinatlıları
Növü Xüsusi Təyinatlı Dəstələr
Yaranma tarixi 1999 - h.h
Ölkə Azərbaycan Azərbaycan
Tabedir Azərbaycan Hərbi Dəniz Qüvvələri
Daxildir Azərbaycan Dəniz Piyadaları
Vəzifəsi Girov xilasetmə,Gəmi zəpti,Axtarış xilasetmə,Bomba zərərsizləşdirmə,Terrorizmlə mübarizə,Kəşfiyyat-diversiya
Ləqəbi Qara paltarlılar
Şüarı "Asan gün, dünən idi"
Döyüşlər Aprel döyüşləri
Vətən müharibəsi
Fərqlənmə nişanları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sualtı Hücum, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabit ve gizirlərindən seçilən xüsusi təyinatlı dəstədir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlıları 1999-cu ilinde Türkiyənin SAT (Sualtı Taarruz Grup Komutanlığı.Türkiye) təlimatçılarının yardımları ile qurulmuşdur.2004-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin Little Creek Amphibious Base, hərbi bazasında Navy Seal xüsusi təyinatlarıyla ortaq təlimə qatıldılar.2005-ci ildə Azərbaycanla ABŞ arasında dəniz təhlükəsizliyi üzrə hərbi əməkdaşlıq imzalandı. Bu eyni zamanda Sualtı Hücum xüsusi təyinatlılarının yetişdirilməsinə böyük töhfə verdi.

Vəzifələri[redaktə | mənbəni redaktə et]

Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafiəzsinin təmin edilməsi, sahilyanı dövlət əhəmiyyətli obyektlərin qorunmasından ibarətdir. Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlıları quruda, dənizdə, havada istənilən tapşırıqları icra etmək qabiliyyətinə malikdir.

Təlim prosesi[redaktə | mənbəni redaktə et]

Gələcək kursantlar yalnız artığ müddətli hərbi xidmət keçmiş gənclər arasından seçilir. Təlim prosesi təxminən 50 həftədir. Bu proses gələcək kursantların süzgəcdən keçirilməsi məqsədini güdən ilkin hazırlıqdan başlanır. Bu süzgəc tədbirlərinin başında isə Cəhənnəm Həftəsi adlanan çətin bir sınağ durur. Cəhənnəm Həftəsi fiziki hazırlıq cəhətdən xüsusi çətinlik ilə fərqlənsə də, ilk növbədə gələcək kursantların sinir sistemini və mənəvi durumunu sınağa çəkir. Məhz bu sebəptən ilkin hazırlığ prosesində normal olaraq gələcək kursantların sayı təxminən 50 nəfərə yaxın olsa da Cəhənnəm Həfəsindən sonra əsas təlim kursuna yalnız yeddi səkkiz nəfər qalır. Kursatlar su hazlığı, batağlığ ağır fiziki güc tələb eden hazırlığ məşğələlərindən keçir. Təlim kursunu bitirənlər xüsusi təyinatlı dəstəyə gizir rütbəsi ilə daxil olur. Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlı dəstələrin qarşısında qoyulan quruda suda havada əməliyyat aparmaq tələbi hava desant hazırlığına ciddi yanaşmanı qaçılmaz edir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Sualtı Hücum(SAH) xüsusi təyinatlıları 2016 Aprel döyüşlərində ve 44 günlük Vətən Müharibəsi döyüşlərində iştirak etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

[1]

  1. "Arxivlənmiş surət". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.

2. https://mod.gov.az/az/herbi-deniz-quvveleri-755/