"Polis veteranı" medalı — Vikipediya

"Polis Veteranı" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Təltif edir
Status təqdim olunur
Statistika
Təsis tarixi 20 aprel 2006
Ardıcıllıq
Yüksək mükafat "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı
Aşağı mükafat "Azərbaycan Polisinin 90 illiyi" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Polis Veteranı" medalıAzərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır.[1][2][3]

Medalın Təsviri[redaktə | mənbəni redaktə et]

“Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir.

Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir. Lövhənin üst hissəsinin uzunluğu kənarlarda 32 mm, ortada 34 mm-dir, alt hissəsinin uzunluğu isə kənarlarda 10 mm, ortada 8 mm-dir.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 20 mmx10 mm ölçülü qəlib əlavə olunur.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında Azərbaycanın 10 noyabr 1992-ci il tarixli 370 nömrəli Qanunu". www.e-qanun.az (az.)). 10.11.1992. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.11.2020.
  2. ""Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". President.az. 2023-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  3. ""Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi səsə qoyulur". Meclis.gov.az.
  4. ""Azərbaycan Respublikasının "Veteran polis" medalı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında". E-qanun.az. 2023-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.