Oxu məni (qəzet) — Vikipediya

"Oxu məni" qəzeti
Növ həftəlik ictimai-siyasi qəzet
Format A3
Təsisçi Axundov Emin Tofiq oğlu
Baş redaktor Axundov Emin
Yaranma tarixi 19.11.1997
Dil Azərbaycan dili
Səhifə 24
Ünvan Bakı ş. Mətbuat pr., 22/43
Tiraj 3000
oxumeni.az

"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb)

Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub[mənbə göstərin]. Qəzetin ilk nömrəsi 150 min tirajla[mənbə göstərin] çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur[mənbə göstərin].

Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla[mənbə göstərin], "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur.

2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır.

Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr. 22/43-də, köməkçi ofis isə Bakı şəhəri Səbail rayonu Həsən Seyidbəyli küçəsi 9-da yerləşir. Hal-hazırda hər iki ofis qəzetin redaksiyası kimi fəaliyyət göstərir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mətbuat Şurasına üzv təşkilatlar". 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]