"Oktyabr İnqilabı" kanalı — Vikipediya

"Oktyabr İnqilabı" kanalı
rus. Канал имени Октябрьской Революции
Kanal Maxaçqala yaxınlığında
Kanal Maxaçqala yaxınlığında
Axdığı yerlər Dağıstan
Giriş Sulak çayı
Mənsəb İzberbaş
Uzunluğu 140

"Oktyabr İnqilabı" kanalı (OİK) — Dağıstan Respublikasının, eləcə də Maxçqala, Kaspiyskİzberbaş şəhərlərini su ilə təmin edən kanal. Kanal əsasən Dağıstanın quraq və az sulu rayonları olan Terek-Sulak və Primorski düzənliyini su ilə təmin etmək məqsədilə çəkilib.

Tikilmə tarixi[redaktə | mənbəni redaktə et]

İlk tikinti cəhtləri[redaktə | mənbəni redaktə et]

Primorski və Terek-Sulak düzənliyində rütubət çatışmazlığı üzündən tez-tez quraqlıq qeydə alınırdı. Sulak çayı ilə Mahaçkala arasında qalan geniş məhsuldar torpaqlar ancaq otlaq sahəsi kimi istifadə olunurdu. Su çatışmamzlığı Mahaçqala şəhərinin inkişafına, eləcə də sənayenin inkişafına mənfi təsir göstərirdi. Şəhəri su ilə ancaq Tarki-Taudan çəkilən su xətti təmin edirdi. Bundan başqa Şurinka və Sulak çaylarından su gətirilirdi.

Kanalın tikintisinə ilk cəht XIX əsrin ikinci yarında olmuşdur. 1 may 1875-ci ildə mühəndis Nevinskinin rəhbərliyi ilə Sulak çayında Mahaçqalaya (Petrovski-Port) kanal çəkilişinə start verildi. 1876-cı ildə kanalın 46 verstlik hissə çəkildi. Ancaq hesablamalarda olan yanılışlıqlar üzündən kanal çəkilişi uğursuz oldu.

1882-ci ildə yenidən kanal çəkilişinə başlanıldı və 1888-ci ildə kanal şəhərə çəkilib çatdırıldı. Bir il sonra kanala su buraxıldı. Su ancaq Şurkina çayına kimi gəlib çata bildi. Burda qurulmuş damba dağıldı. Damba yenidən inşa olunsa da məlum oldu ki tikintidə yanılışlıqlar var. Kanal tikintisi dayandırıldı və kanal tezliklə qumla doldu.[1]

Xalq tikintisi[redaktə | mənbəni redaktə et]

1921-ci ilin 11 oktyabrında Dağıstan hökumətinin № 114[2] qərarı ilə bölgədə böyük iməciliyə qərar verildi və bununla da Oktyabr İnqilabı kanalının tikintisinə başlanıldı. Kanal tikintisinin ilk mərhələsinin Oktyabr inqilabının ildönümünə bitirmək planlaşdırılmışdı. Tikintinin getdiyi üç ay müddətində gündəlik 3500 nəfər işçi toplam 16 min kubmetr torpağı qazmışdılar. 1921-ci ildə əsas iş Sulak çayındakı çıxış hissəsində gedirdi.

1922-ci ildə kanal tikintisi mərhələli şəkildə aparılırdı. Sulak-Manas magistiral etapı, daha sonra Mahaçqala etapının bitməsinin 1922-ci ilin noyabırına planlaşdırırdılar. Artıq kanal tikintisində iştirak edənlərin toplam sayı 10 min nəfər çatmışdır. Kanalın tikintisi İkinci Ümumdağıstan Sovetlər qurultayında bitirildi.

Xarakteriskası[redaktə | mənbəni redaktə et]

Kanalın 1-ci hissəsinin uzunluğu — 90 km (Mahaçqalaya kimi), 2-ci hissəsinin uzunluğu — 140 km (İzberbaşa kimi). Kanalın su ötürmə qabiliyyəti 20 m³/saniyədir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Канал служит республике". «Дагестанская правда». 07.08.08. 2016-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-14.
  2. Государственный Архив Российской Федерации (ГАРФ). Ф.1318, Оп.7, Д. 217, Л. 10; Газета "Советский Дагестан", № 187, 17 октября 1921 года
  3. Центральный Государственный Архив Республики Дагестан (ЦГА РД). Ф.р-37, Оп.19, Д.2; Газета "Красный Дагестан" № 223, 21 декабря 1922 года.