"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı — Vikipediya

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" III dərəcəli medalı
1-ci dərəcə
2-ci dərəcə
3-cü dərəcə

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Statistika
Təsis tarixi 16 noyabr 2012
Ardıcıllıq
Yüksək mükafat "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı[1]
Aşağı mükafat "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi" yubiley medalı[1]

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" III dərəcəli medalıAzərbaycan Respublikasının dövlət təltifi.

Əsasnaməsi[redaktə | mənbəni redaktə et]

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[2]

Maddə 1. Təltif edilən şəxslər

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluğunun hər il martın 19-dək 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan işçilər vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – miqrasiya orqanlarında azı 10 il qüsursuz qulluq edən şəxslərə verilir.

Maddə 2. Təltif edən orqan

Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
medal haqqında ƏSASNAMƏ[2]

Təsviri[redaktə | mənbəni redaktə et]

'Maddə 1. Medalın ümumi təsviri'[3]

  1. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, diametri 50 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.[3]
  2. Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 3 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca gümüşü rəngli minalı fonda "MİQRASİYA ORQANLARINDA QÜSURSUZ QULLUĞA GÖRƏ" sözləri həkk olunmuşdur. Medalın ön tərəfinin səthi nahamardır.[3]
  3. İkinci dairənin mərkəzində gümüşü rəngli minalı fonda "III" rəqəmi, onun aşağısında yazılmış "DƏRƏCƏ" sözünün altında qövs boyunca palıd yarpaqları təsvir edilmişdir. Səkkizguşəli ulduz, dairəvi xətlər, palıd yarpaqları, rəqəm və sözlər relyefli olub, gümüşü rəngdədir.[3]
  4. Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, gümüşü rəngdədir.[3]
  5. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Qırmızı xara lentin hər iki kənarında eni 1,5 mm zoğalı rəngli, mərkəzində bir-birindən 2 mm aralı məsafədə eni 2,5 mm olan açıq sarı rəngli 3 şaquli zolaq təsvir edilmişdir. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar gümüşü təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar gümüşü təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.[3]
  6. Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
  2. 1 2 ""Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ". president.az. 16 noyabr 2012. İstifadə tarixi: 30 iyul 2020.
  3. 1 2 3 4 5 6 7 "Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri". president.az. 16 noyabr 2012. 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.

Mənbə[redaktə | mənbəni redaktə et]