"Merkuri-2" bərəsinin qəzaya uğraması — Vikipediya

AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNƏ MƏXSUS “MERKURİ-2” GƏMİ-BƏRƏSİNİN 2002-Cİ İL OKTYABRIN 22-DƏ QƏZAYA UĞRAYIB.
Tarix 22 oktyabr 2002
Yeri Xəzər dənizi
Qurbanlar
Ölənlərin sayı 49

"Merkuri-2" bərəsinin qəzaya uğraması — 22 oktyabr 2002-ci ildə, saat 09.30 radələrində Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-2" bərəsinin Bakıdan 130 kilometrlik məsafədə qəzaya uğrayaraq batması hadisəsi.[1] Bu hadisə Azərbaycanın gəmi nəqliyyatı tarixindəki ən böyük qəzadır.[2]

"Merkuri-2" gəmi-bərəsində həlak olmuş, xilas edilmiş, itkin düşmüş heyət üzvlərinin və sərnişinlərin müvafiq siyahısı.

"MERKURİ-2" GƏMİ-BƏRƏSİNİN HƏLAK OLMUŞ HEYƏT ÜZVLƏRİ VƏ SƏRNİŞİN

1. Səlimov Fikrət Pəsi oğlu

2. Salıkov Maarif Şirnalı oğlu

3. Melnikova Tatyana Vasilyevna

4. Nəbiyev Nəriman Nəbiulla oğlu {sərnişin} /Qazaxıstan vətəndaşı/ biletsiz

"MERKURİ-2" GƏMİ-BƏRƏSİNİN XİLAS EDİLMİŞ HEYƏT ÜZVLƏRİ

1. Ağayev Asəf Şərur oğlu

2. Novruzov Samir Qərib oğlu

3. Baykov Aleksandr Vyaçeslavoviç

4. Süleymanov Mirzə Hüsən oğlu

5. İsmayılov Elçin Abdulla oğlu

6. Paşayev Mehman Xanoğlan oğlu

7. Baxışeva Elmira Həsənağa qızı

8. Ağayeva Aidə Müslüm qızı

9. Yestiqneyeva Lyudmila Pavlovna

"MERKURİ-2" GƏMİ-BƏRƏSİNDƏ itkin DÜŞƏNLƏR

1. İmanov Cəfərağa Zəbulla oğlu

2. Vanyuxin Pavel İvanoviç

3. Verdixanov Eldarbəy Ənvər oğlu

4. Mürsəlov İman İmanqulu oğlu

5. İsmayılov Ramiz Təmraz oğlu

6. Biyabani Məmmədəli Ağarəhim oğlu

7. Əhədov Əbülfəz Sübhan oğlu

8. Dadaşov Telman Şabala oğlu

9. Dubin Mixail Mixayloviç

10. Novruzov Sultan Feytulla oğlu

11. Qasımov Naib Əli oğlu

12. Şkilev Viktor İvanoviç

13. İbişov Yaqub Abbas oğlu

14. Nəsirov Yeqzar Əlövsət oğlu

15. Orucov Sabir Abbas oğlu

16. Həsənquliyev Nurəddin Həsənqulu oğlu

17. Səfərov Rövşən Məmmədağa oğlu

18. Məmmədov Nadir Ağahüseyn oğlu

19. Hüseynov Bəhman Ağa oğlu

20. Ağayev Valeh Azad oğlu

21. Mehdiyev Fikrət Məmməd oğlu

22. Dadaşov Nizami Eyyub oğlu

23. Əbilov Azad Fətulla oğlu

24. Həsənov Qismət Əfsər oğlu

25. Həsənov Fazil Həsənağa oğlu

26. Bayburiyeva Batmagül Kalispekovna

27. Kotek Yelena İqorevna

28. Abbasova Firəngiz Dadaş qızı

29. Məmmədova Şəmsiyyə Məmməd qızı

30. Allahverdiyeva Xatirə Nadir qızı

"MERKURİ-2" GƏMİ-BƏRƏSİNDƏ OLMUŞ SƏRNİŞİNLƏR

1. Lətifov Zülfi Bulud oğlu /Qazaxıstan vətəndaşı/

2. Əliyev Qəşəm İsmayıl oğlu /Azərbaycan vətəndaşı/

3. Binyadov Zahid Nəriman oğlu /Azərbaycan vətəndaşı/

4. Əhmədov Tofiq /Azərbaycan vətəndaşı/

5. Mehrəliyev Əliəkrəm Tağı oğlu /Azərbaycan vətəndaşı/

6. Ənvər Cabir oğlu /Rusiya vətəndaşı/

7. Burov Gennadi Valdemaroviç /Rusiya vətəndaşı/

8. Kərimov Şahmar Cəlal oğlu /Qazaxıstan vətəndaşı/

9. Ağaxanov Akim Dünyamedinoviç /Qazaxıstan vətəndaşı/ biletsiz

10. Ağaxanova İndira Akimovna /Qazaxıstan vətəndaşı/ biletsiz

11. Abbasova Südabə Qulammirzə qızı /Azərbaycan vətəndaşı/ biletsiz

12. Abbasova Nuriyyə Canağa qızı /Azərbaycan vətəndaşı/ biletsiz

13. Ağamirzəyev Güləhməd Balaqulu oğlu /Azərbaycan vətəndaşı/ biletsiz

14. Əkbərova Nərgiz İslam qızı /Azərbaycan vətəndaşı/ biletsiz

15 . Nağıyeva Gövhər Qorxmaz qızı /Azərbaycan vətəndaşı/ biletsiz

Dövlət Komissiyası[redaktə | mənbəni redaktə et]

Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili iclası çağırılmış, baş vermiş qəza ilə bağlı xilasetmə işlərinin təşkili və hadisənin səbəblərinin araşdırılması məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılmışdır:[3]

Komissiyanın sədri
Komissiyanın üzvləri
  • Abid Şərifov — Azərbaycan Respublikası Baş nazirinin müavini
  • Zakir Qaralov — Azərbaycan Respublikasının Baş prokuroru
  • Fərhad Əliyev — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
  • Ziya Məmmədov — Azərbaycan Respublikasının nəqliyyat naziri
  • Hüseynqulu Bağırov — Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
  • Xələf Xələfov — Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
  • Şahin Sultanov — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı
  • Natiq Əliyev — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
  • Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi
  • Cahangir Əsgərov — "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Baş direktoru
  • Tofiq Əliyev — Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini

Xilasetmə işləri[redaktə | mənbəni redaktə et]

Dövlət Komissiyası təxirəsalınmaz xilasetmə işlərinin yerinə yetirilməsinə rəhbərlik etmiş və bilavasitə qəza yerində olaraq lazımi tədbirlər görmüşdür. Xilasetmə işləri qəza haqqında xəbər alınan andan həyata keçirilməyə başlanmışdır.[1] Əməliyyata Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və "Britiş Petroleum" Şirkətinə məxsus 19 gəmi, eləcə də "Azərbaycan Hava Yolları" Dövlət Konserninin, Müdafiə Nazirliyinin və "Britiş Petroleum" Şirkətinin 7 vertolyotu cəlb olunmuşdur.[1] Qəza baş verən ərazidə ekoloji vəziyyətə nəzarət etmək üçün əməliyyatda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi tədqiqat gəmisi də iştirak etmişdir.[1] Hadisə ilə bağlı Respublika Prokurorluğunda cinayət işi açılmış, istintaq aparılmışdır.[1]

Qəza baş verərkən bərədə 42 heyət üzvü və 16 sərnişin olmuşdur. Hava şəraitinin mürəkkəb olmasına baxmayaraq, əməliyyatda iştirak edən gəmi və vertolyot heyətlərinin yüksək peşəkarlığı və fədakarlığı nəticəsində 9 nəfər xilas edilmiş, 4 nəfərin cəsədi tapılmışdır. Qalanların taleyini isə, müəyyən etmək mümkün olmamışdır.[1]

Qazaxıstan nefti[redaktə | mənbəni redaktə et]

Qazaxıstan nefti ilə dolu olan "Merkuri-2"nin qəzaya uğraması nəticəsində neftin dənizə dağılması ilə Xəzərdə eni 8, uzunluğu isə 15 kilometr olan ləkə yaranmışdır.[4] "Merkuri-2" indiyə qədər suyun 300 metr dərinliyində qalmaqdadır. Bu günə kimi o bərəni sudan çıxarmaq cəhdləri uğursuz olmuşdur. Bərənin anbarında hələ də 1000 tona yaxın neft vardır ki, hər il ərzində dəniz suyu onun metalını aşılayır.[5]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2002-ci il tarixli, 806 nömrəli Fərmanı 2002-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının ərazisində matəm elan olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]