"Jukov" ordeni — Vikipediya

Jukov Ordeni
rus. Орден Жукова

Ölkə Rusiya Rusiya
Tip orden
Kimə verilir Hərbi birləşmələrin komandirləri və onların muavinləri,yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları
Status verilir
Statistika
Parametrlər 9 may 1994
Təsis tarixi 25 aprel 1995
Təltif sayı 104 nəfər
Ardıcıllıq
Yüksək mükafat Kutuzov ordeni
Aşağı mükafat Uşakov ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jukov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Orden Rusiya Federasiyası Prezidentinin 9 may 1994-cü ildə 930 saylı fərmanı ilə iri hərbi əməliyyatların keçirilməsində, o cümlədən Böyük Vətən müharibəsi dövründə hərbi əməliyyatların keçirilməsində xidmətlərinə görə yüksək rütbəli və ali zabit heyətinin mükafatlandırılması üçün, təsis edilmişdir.

Əvvəl Jukov ordeni iyerarxiyası dövlət mükafatlarına görə "Vətən qarşısında Xidmətlərinə Görə" ordeni ilə gedirdi və lent bağlamada sinəsinin sağ tərəfində olurdu.

2010-cu ilin sentyabr ayında ordeninin nizamnamə və təsvirinə mühüm dəyişikliklər edilib, o cümlədən ordenin taxılması qaydası dəyişdirilərək, sinənin sol tərəfində beşguşəli kötük lentlə sancılır. Orden yerini Uşakov ordeni ilə əvəzlədi[1].

2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir[2][3].

Rusiya Federasiyasının Prezidentinin 25 aprel 1995-ci il tarixli 413 saylı fərmanı ilə 15 mükafatlandırma keçirilib. Cəmi 100 nəfər və 4 hərbi hissə Jukov ordeni ilə mükafatlandırılıb.

Ordenin xarici görünüşünün müəllifi Rusiyanın xalq rəssamı Valeri Balabanovdur

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər haqqında" Rusiya Federasiyasının Prezidentinin 7 sentyabr 2010-ci il tarixli 1099 saylı fərmanı". Kremlin.ru. 2015-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-17.
  2. ""Rusiya Federasiyası Prezidentinin " bəzi aktlara dəyişikliklər edilməsi Haqqında" 2013-ci il 14 yanvar tarixli 20 saylı fərmanı". Kremlin.ru. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-12.
  3. "Rusiya Federasiyası Prezidentinin 2015-ci il 30 aprel tarixli 219 nömrəli Fərmanı İlə təsdiq edilmiş Rusiya Federasiyası Prezidentinin 2010-ci il 7 sentyabr tarixli 1099 saylı, Kutuzov və Suvorov, Naximov, Jukov Uşakov ordenlarinə görə nizamnamələrdə və Rusiya Federasiyasının dövlət mükafatı haqqında Əsasnamədə dəyişikliklər edilməsi Barədə" fərmanı". Kremlin.ru. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-12.