Hobson seçimi — Vikipediya

An oil portrait of Thomas Hobson, in the National Portrait Gallery, London. He looks straight to the artist and is dressed in typical Tudor dress, with a heavy coat, a ruff, and tie tails
Tomas Hobson, Milli Portret Qaleriyasında portret, London

Hobson seçimi — yalnız bir təklifin verildiyi azad seçimdir. İnsan ona verilən təklifi rədd etmək bacarığına malik olduğundan cari vəziyyətdə iki seçim mövcuddur:

  1. Hər iki halda qəbul etmək.
  2. Hər iki halda rədd etmək.

İfadə Kembricdə mehtər kimi fəaliyyət göstərən Tomas Hobsonun soyadından törəyib. Belə ki, o, öz müştərilərinə alış zamanı tövləsindəki qapıya ən yaxın olan atı seçməyi və ya ümumiyyətlə heç birini götürməmək təklifini irəli sürüb. 

Mənbələr[redaktə | mənbəni redaktə et]

Kembric Bələdiyyə binasına bağışlanan rəsm portretinin altındakı yazıya əsasən Hobsonun 40 atdan ibarət geniş tövləsi mövcud olub. Bu, içəri daxil olan müştərilərdə bir neçə şanslarının olduğu təsəvvürünü yaradıb, halbuki əslində alıcıların sadəcə bir seçim şansı var idi: Hobson müştərilərdən qapıya ən yaxın olan atı seçməyi tələb edirdi. Bu vasitə ilə ən yaxşı atların daha çox seçilməsinin və nəticədə həddən artıq istifadəsinin qarşısı alınırdı.[1] Hobsona məxsus tövlənin yerləşdiyi ərazi hal-hazırda Müqəddəs Katerina Kolleci tərəfindən özəlləşdirilib.[2]

Henri Ford, həmçinin müştərilərinə Ford T Model avtomobilini eyni məşhur sitatla təqdim etdi : "Qara rəngdə olduğu müddətcə istənilən müştəri istənilən rəngdə avtomobilə sahib ola bilər."[3][4] Əslində, ilk günlərdə avtomobillər müxtəlif rənglərdə təklif olunurdu.[5]

Ultimatum oyunu Hobson seçimi şəklindədir.

İlkin yazılı təsəvvürlər[redaktə | mənbəni redaktə et]

İngilis dilinin Oksford lüğətinə əsasən, bu ifadənin ilk yazılı istifadəsi 1660-cı ildə Samuel Fişer tərəfindən yazılan "The rustick's alarm to the Rabbies" əsərində qeydə alınıb[6]

Bu ifadə, həmçinin, Jozef Addisonun "İzləyici" məqaləsində[7] və Tomas Uordun 1688-ci ildə yazdığı və ölümündən sonra dərc olunan "İngiltərə Reformasiyası" poemasında istifadə olunub.

Müasir istifadəsi[redaktə | mənbəni redaktə et]

"Hobson seçimi" termini əksər hallarda seçimin insanları aldatması mənasına gəlir, çünki burada nə Morton çəngəlində olduğu kimi iki ekvivalent variant, nə də dilemmada olduğu kimi iki istənməyən variant arasında seçim mövcud olur. Hobson seçimi nə isə və ya heç nə arasında seçimdir.

1951-ci ildə Robert Haynlaynın yazdığı "Planetlər arası" kitabında baş obraz olan Don Harvey səhvən Robson seçimi etməli olduğunu qeyd edir. Belə ki, Don Yer orbiti stansiyasında olarkən, Marsda yaşayan valideynlərinin yanına getməli olur, lakin olduğu yerdən yalnız Yerə və ya Venera planetinə uçuş var idi.

Hobson seçimi aşağıda qeyd olunanlardan fərqlidir:

  • Dilemma: iki və ya daha artıq cəlbedici olmayan təklif arasında seçim.
  • Yanlış dilemma: faktiki olaraq, digər variantların mövcud olmasına baxmayaraq, yalnız iki seçim nəzərə alınır.
  • Maddə 22: fərdlərin ehtiyacı olan bir şeyin, yalnız onların həmin vəziyyətdə olmamasından əldə oluna bilən məntiqi paradoks.
  • Morton çəngəli və ikili rabitə: seçimlər ekvivalent və əksər hallarda istənilməyən nəticələr təmin edir.
  • Şantaj və qəsb etmə: istəyin yerinə yetirilməsi və ya əks halda mənfi bir təhlükə arasında seçim.

Ümumi səhvlərdən biri də "Hobson seçimi" yerinə "Hobbes seçimi" ifadəsinin istifadə olunmasıdır, bu da öz növbəsində filosof Tomas Hobbesi çox da tanınmayan Tomas Hobson ilə qarışdırmağa gətirib çıxardır.[8][9][10][11][12] Bu qarışıq istifadəyə rəğmən, "Hobbes seçimi" ifadəsi tarixən düzgün deyil.[13][14][15]

Mədəniyyətdə istinadlar[redaktə | mənbəni redaktə et]

Hobson seçimi 1915-ci ildə Harold Brighouse tərəfindən qələmə alınmış tam versiyalı komediya səhnəsidir. Tamaşanın sonunda baş obraz və əvvəllər varlı, güclü, lakin indi xəstə və taqətsiz olan Henry Horatio Hobson heç də xoş olmayan bir ehtimalla üzləşir. Belə ki, o, digər qızları tərəfindən imtina edildiyi üçün, yalnız öz şəxsi biznesinin idarəsini qızlarından biri olan Maggieyə və onun həyat yoldaşı Uillə verməyi qarşılığında, onlar tərəfindən himayəyə götürülməyi seçimi qarşısında qalır. 

Tamaşa əsasında müxtəlif filmlər çəkilmişdir:

  • Hobson seçimi (1920, film) Percy Nash tərəfindən
  • Hobson seçimi (1931, film) Tomas Bentley tərəfindən
  • Hobson seçimi (1954, film) David Lean tərəfindən
  • Hobson seçimi (1983, film) televiziya serialı.

Populyar mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

Alfred Besterin 1952-ci ildə ərsəyə gətirdiyi "Hobson seçimi" adlı qısa hekayəsində zamanda səyahətin mümkün olduğu dünya təsvir olunur və seçim fərdin öz doğma zamanında qalması və ya səyahət etməsidir. Bram Stokerin "Siçovulların Dəfni" adlı qısa hekayəsində yazıçı özünün də canilər tərəfindən təqib olunan zaman Hobson seçimi halı ilə qarşılaşdığı barədə məlumat verir. Hekayə, təxminən, 1874-cü ildə yazılmışdır. Fransız yazıçı Honore de Balzacın qələmə aldığı Le Pere Goriot romanının ən yadda qalan sətirlərindən biri Vautrinin Eugeneyə "Bu halda, mən sənə heç kimin imtina edə bilməyəcəyi təklif edəcəm" dediyi hissədir. Bu deyim Mario Puzo tərəfindən "Xaçatası" romanında(1969) və filmində(1972) yenilənərək istifadə olunmuşdur; "Mən ona rədd edə bilməyəcəyi təklif edəcəm." Bu sətir Amerikan Film İnstitutu tərəfindən 100 ilin 100 Kino Sitatları arasında 2-ci ən mühim film sitatı kimi dəyərləndirilib. Robert Soyerin 1995-ci ildə yazdığı "Sınaq Terminalı" adlı elm fantastika romanı "Hobson seçimi" başlığı altında seriallaşdırılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Barrett, Grant. "Hobson's Choice", A Way with Words". 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09.
  2. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09.
  3. Ford, Henry; Crowther, Samuel. IV // My Life and Work. Kessinger. 2003 [1922]. ISBN 978-0-7661-2774-6. 2012-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09.
  4. See Ford, Henry. My Life and Work by Henry Ford in Collaboration with Samuel Crowther (1). New York: Doubleday, Page & Company. 1922. səh. 72. İstifadə tarixi: 10 May 2015 – Internet Archive vasitəsilə.
  5. Bryson, Bill. Made In America. 1998. ISBN 0-380-71381-0.
  6. See Samuel Fisher. "Rusticus ad academicos in exercitationibus expostulatoriis, apologeticis quatuor the rustick's alarm to the rabbies or The country correcting the university and clergy, and ... contesting for the truth ... : in four apologeticall and expostulatory exercitations : wherein is contained, as well a general account to all enquirers, as a general answer to all opposers of the most truly catholike and most truly Christ-like Chistians called Quakers, and of the true divinity of their doctrine : by way of entire entercourse held in special with four of the clergies chieftanes, viz, John Owen ... Tho. Danson ... John Tombes ... Rich. Baxter ." Europeana. İstifadə tarixi: 2014-08-08.
  7. See The Spectator with Notes and General Index, the Twelve Volumes Comprised in Two. Philadelphia: J.J. Woodward. 1832. səh. 272. 22 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2014.
  8. Hobbes, Thomas. Leviathan, or the Matter, Form, and Power of a Commonwealth, Ecclesiastical and Civil. New York: Viking Press. 1982 [1651].
  9. Dyzenhaus, David. "Hobbes and the Legitimacy of Law". Law and Philosophy (20 (September)). 2001: 461–8.
  10. Martinich, A. P. Hobbes: A Biography. Cambridge, UK; New York: Cambridge University Press. 1999. ISBN 978-0-521-49583-7.
  11. Martin, Gary. "Hobson's Choice". The Phrase Finder. 6 March 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 August 2010.
  12. "The Hobbesian Trap" (PDF). 21 September 2010. 23 October 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 April 2012.
  13. "Sunday Lexico-Neuroticism". boaltalk.blogspot.com. 27 July 2008. 23 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2010.
  14. Levy, Jacob. "The Volokh Conspiracy". volokh.com. 10 June 2003. 7 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2010.
  15. Oxford English Dictionary, Editor: "Amazingly, some writers have confused the obscure Thomas Hobson with his famous contemporary, the philosopher Thomas Hobbes. The resulting malapropism is beautifully grotesque". Garner, Bryan. A Dictionary of Modern Legal Usage (2nd). Oxford University Press. 1995. 404–405.