"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı — Vikipediya

"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı

Tip mükafat
Statistika
Təsis tarixi 12 mart 2012

"Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı"

Döş nişanının təsis edilməsi barədə[redaktə | mənbəni redaktə et]

12 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20-ci ildönümü tamam olur. Qoşunların şəxsi heyəti 1992–2012-ci illərdə vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması üzrə tapşırıqları yerinə yetirmiş, dövlət və dövlətçiliyimizə zidd cinayətkar qüvvələrə qarşı barışmaz mübarizə aparmış, ictimai sabitliyin, vətəndaşların konstitusiya hüquqlarının qorunmasını layiqincə təmin etmişdir.

Xidməti vəzifələrinin, hərbi borcunun yerinə yetirilməsində və hərbi intizamın möhkəmləndirilməsində yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında" Əsasnamənin 5.3.16-cı bəndini rəbər tutub.

  • 1. Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı təsis edilsin.
  • 2. "Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı haqqında Əsasnamə" və "Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanının təsviri" təsdiq edilsin.
  • 3. Əmr Daxili Qoşunların şəxsi heyətinə elan olunsun.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanının təsis edilməsi barədə"". dq.mia.gov.az. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-02.