"Balta Mika" Milli Parkı — Vikipediya

Balta Mika Braile
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya)
Sahəsi
  • 20.659,15076 ha[1]
Yaradılma tarixi 2000[1]
Yerləşməsi
44°56′38″ şm. e. 27°54′21″ ş. u.
Ölkə  Rumıniya
bmb.ro
Balta Mika Braile xəritədə
Balta Mika Braile
Balta Mika Braile

"Balta Mika Braile" (Parcul Natural Balta Mică a Brăilei) — Rumıniyanın cənub-şərqində milli park. Milli park Breila judetsi ərazisində yerləşir. Əsasən su-bataqlıq əraziləri əhatə edir. Sahəsi 17 529 hektar olan bu qoruq Dunay çayının iki kiçik qolu arasındadır. Dunayın mənsəbindən 62 km qərbdədir. Jurjen və Vadu-Ouy kənləri yaxınlığındadır. "Balta" adlı bu ərazidə 7 ada, 52 kiçik göl var.[2] Milli park Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin V kateqoriyasına daxildir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Ərazidə yerləşən əsas coğrafi obyeklər Braile düzənliyi, Böyük Braile adası və Kiçik Braile adasıdır. 12 mart 2000-ci ildə ərazi milli park elan edilmişdir. Əsasən su-bataqlıq landşafı, eləcə də su quşlarının qorunması üçün yaradılıb. Kommunist rejimi olan zaman bu ərazi kənd təsərrüfatı məqsədilə istifadə olunurdu. Ancaq bölgənin torpaqları heç də kənd təsərrüfatı üçün əlverişli deyildi. Uzun müddət ərzində bu ərazilər polder halına gətirilmişdir. Ümumi ərazinin 94,6% və ya 681,3 km² qurudulmuş və əkin üçün istifadə edilmişdir. Bu prosesdə əsasən mühəndisləri əsas rol oynamış və hidroloqların, limnoloqlarınixtioloqların rəyi nəzərə alınmamışdır.

Uzun sürən təsərrüfat işləri nəticəsində yerli qovaqsöyüd ağaclarını daha tez bitən avro-amerika növləri əvəz etmişdir. Bu ağaclardan əsasən sellüloza istehsalı üçün istifadə olunurdu. Sonrakı illərdə müəyyən olunmuşdur ki, bu ağaclar çay sahillərini yaxşı qoruya bilmir və ərazilər su altında qalırdılar. Bioloqların rəyi əsasında kanada növü olan bu ağacları tədricən yerli qovaq və söyüd ağacları ilə əvəz etdilər. 2015-ci ildə parkın 6000 hektarlıq ərazisi meşə örtüyü ilə örtülmüş idi.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Nationally designated areas (CDDA) (ing.).
  2. 2,0 2,1 Т. Ністор, М. Онужик. "Природний парк 'Балта Міке а Бреїлей'". Всесвітня служба радіо Румунія https://www.rri.ro/uk_uk. Radio România Internaţional. 27.02.2015. 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 квітня 2019.