"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" yubiley medalı — Vikipediya

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” yubiley medalı
“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip Yubiley medalı
Status təqdim olunmur
Statistika
Təsis tarixi 30 aprel 2013
Ardıcıllıq
Yüksək mükafat "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi" yubiley medalı[1]
Aşağı mükafat "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)" yubiley medalı[1]

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illik yubileyi münasibətilə təsis edilən medal.

Təsis edilməsi[redaktə | mənbəni redaktə et]

2013-cü il aprelin 30-da Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir.[2]

Azərbaycan Respublikasının "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir:[3]

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il avqustun 23-dək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xidmətin fəaliyyətində fəal iştirak edən mülki işçilər və ya Xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə Xidmətin fəaliyyəti ilə bağlı layiqli və fəal xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.
medalın ƏSASNAMƏSİ[3]

Təsviri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli 631-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[4]

  1. "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.
  2. Relyefli şüalar fonunda, medalın mərkəzində yerləşdirilmiş gümüşü rəngli səkkizguşəli ulduzun orta hissəsində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmişdir. Qövs boyunca "Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri, aşağı hissədə "1993–2013" rəqəmləri həkk olunmuşdur.
  3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
  4. Bütün yazılar və təsvirlər qabarıqdır.
  5. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı tünd qırmızı rəngli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Xara lentin aşağı və yuxarı hissələrinə eni 5 mm olan qızılı təbəqə bərkidilmişdir.
  6. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.
medalın TƏSVİRİ[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
  2. "" "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 30 aprel 2013. 2021-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2021.
  3. 1 2 ""Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ". Azərbaycan Respublikası Prezidenti. 17 may 2013. 9 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2021.
  4. 1 2 ""Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsviri". Azərbaycan Respublikası Prezidenti. 17 may 2013. İstifadə tarixi: 9 yanvar 2021.