"Aşıq Ələsgər – 200" yubiley medalı — Vikipediya

"Aşıq Ələsgər – 200" yubiley medalı

Ölkə
Tip yubiley medalı[d]
Statistika
Təsis tarixi 2021

"Aşıq Ələsgər – 200" yubiley medalı — Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə təltif ediləcək medal.[1][2]

Təsviri[redaktə | mənbəni redaktə et]

Medal diametri 40 mm olan, latundan tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairə boyu Azərbaycanın buta ornamenti əks olunmuşdur. İkinci dairədə yuxarı qövs boyunca "Aşıq Ələsgər", aşağı qövs boyunca "200" sözləri yazılmışdır. Üçüncü dairədə Aşıq Ələsgərin, Göyçə gölünün, Ağrı dağının və günəşin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır.

Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca ""Dədə Ələsgər Ocağı" İctimai Birliyi", aşağı qövs boyunca "2021" sözləri yazılmışdır. İkinci dairənin üzərində səkkizguşəli ulduz, üst hissəsində dəryadan doğan günəş, alt hissəsində "Aşıq Ələsgər" sözləri, ondan aşağıda "1821–1926" rəqəmləri, və ondan aşağıda saz təsviri göstərilmişdir. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır.

Təltifin şərt və tələbləri[redaktə | mənbəni redaktə et]

"Aşıq Ələsgər 200" yubiley medalı ilə Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak edən şəxslər təltif edilirlər. Aşıq Ələsgər adına Qızıl medal və onun diplomu "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə, birliyin sədri tərəfindən təqdim olunur.

Təltif edilənlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Aşıq Ələsgər 200" yubiley medalı təsis olunub". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  2. "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
  3. 1 2 "Folklorşünas alimlər "Aşıq Ələsgər-200" yubiley medalı ilə təltif ediliblər". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
  4. "Ganire Pashayeva – Twitter". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.